DÜNYA


Tallinndə trolleybus xətləri ləğv olunacaq

Tallinn, 15 fevral, AZƏRTAC

2035-ci ilədək Estoniyanın paytaxtı Tallinndəki bütün növ ictimai nəqliyyatlar elektrik enerjisi ilə işləyən nəqliyyatlarla əvəz olunacaq. Sərnişinlərə yalnız elektrik avtobusları və tramvaylar xidmət göstərəcək. Bu səbəbdən də ölkədə trolleybus xətləri ləğv olunacaq.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, bu dəyişikliklər ictimai nəqliyyatın ekoloji təmizliyini artırmaq məqsədilə Tallinnin qəbul etdiyi kurs çərçivəsində reallaşacaq.

Birinci mərhələdə 2025-ci ilədək dizel yanacağından imtina prosesi gerçəkləşəcək.

Bunun üçün şəhər rəhbərliyi qaz mühərriki ilə çalışan 350 avtobusun alınmasına dair saziş imzalayıb ki, onlardan da 100-ü artıq bu il xəttə buraxılacaq.

Qarşıdakı on il ərzində trolleybusların şəhər küçələrində fəaliyyəti tədricən dayandırılacaq.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.