CƏMİYYƏT


“Mobil vətəndaş müraciəti” mobil applikasiyası hazırlanacaq

Bakı, 15 fevral, AZƏRTAC

Prokurorluq orqanlarının vətəndaşlarla onlayn əlaqəsinin yaradılmasına imkan verən “Mobil vətəndaş müraciəti” mobil applikasiyası hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

Prezident İlham Əliyevin dövlət qurumlarında müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə ilə bağlı tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar, eləcə də şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə prokurorluq orqanlarının funksional vəzifələri üzrə vətəndaşlarla mobil rabitənin üstünlüklərindən istifadə etməklə onlayn əlaqəsinin yaradılmasına imkan verən “Mobil vətəndaş müraciəti” mobil applikasiyanın qısa zamanda hazırlanaraq istifadəyə verilməsi barədə iclasda Baş Prokuror tərəfindən göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.