ELM VƏ TƏHSİL


Mobil öyrənmə həftəsi - süni intellekt və inklüzivlik

Bakı, 18 fevral, AZƏRTAC

Martın 2-dən 6-dək Parisdə, UNESCO-nun mənzil-qərargahında mobil öyrənmə həftəsi keçiriləcək.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, builki həftə “Süni intellekt və inklüzivlik” mövzusuna həsr olunacaq. Bu mövzu ictimaiyyətin diqqətini süni intellektdən istifadə edilməsini təhsildə inklüzivliyə və ədalətliliyə (Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü maddəsi), hər kəs üçün rəqəmsal imkanlar yaradılmasına yönəltməyi nəzərdə tutur.

Mobil öyrənmə həftəsi UNESCO-nun informasiya və kommunikasiya texnologiyaları sahəsində əsas tədbiri olaraq bu təşkilat və onun tərəfdaşları tərəfindən səkkiz ildir qeyd edilir.

Builki həftə ərzində süni intellekt və rəqəmsal innovasiyaların əlçatan olmasında inklüzivliyi təmin etmək üçün beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, keyfiyyətli təhsil imkanları üçün süni intellektdən necə istifadə etmək, müxtəlif təhsil şəraitlərində nəticələrin daha da yaxşılaşdırılması üçün süni intellekt innovasiyalarının stimullaşdırılması, ömürboyu təhsildə süni intellektdən istifadə zamanı ayrı-seçkiliyə yol verməmək və bərabərliyin təmin edilməsi məsələləri haqqında müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.