İDMAN


Şahmatçımız İranda keçirilən “Caspian Cup” festivalında liderliyə yüksəlib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 18-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında yeddinci turun oyunlarında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan Misrəddin İsgəndərov 6,5 xal toplayaraq liderliyə yüksəlib. Digər şahmatçılarımız Vüqar Rəsulov və Azər Mirzəyev 5,5 xalla səkkiz və doqquzuncu yerlərdə qərarlaşıblar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.