QAN YADDAŞI


Fatma Yazqan: Xocalı faciəsinin ağrı-acısı hər zaman ürəyimizdə yaşayacaq

Tbilisi, 19 fevral, AZƏRTAC

Xocalıda törədilənlər əsl soyqırımıdır. Bu qətliam dünyanın gözü qarşısında törədilib. Təəssüflər olsun ki, faciənin günahkarları hələ də ədalət qarşısına çıxarılmayıb və layiq olduqları cəzanı almayıblar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə jurnalistlərə açıqlamasında söyləyib.

Səfir deyib ki, soyqırımında günahsız körpə və uşaqlar, qadın və qocalar qətlə yetiriliblər. Belə faciənin ağrı-acısı unudulmur və hər zaman bizim ürəyimizdə yaşayacaq.

“Allah Xocalı qurbanlarına rəhmət etsin, bizə isə qətliamın günahkarlarını ədalət məhkəməsində görmək nəsib olsun”, – deyə diplomat vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.