İDMAN


Düsseldorfda “Böyük dəbilqə” turnirində cüdoçumuz yeddinci olub

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 21-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirində birinci günün yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışların ilk günündə Azərbaycanın səkkiz cüdoçusu tatamiyə çıxıb. Kişi cüdoçular arasında Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kiloqram), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kiloqram), qadınların yarışında Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Aleksandra-Larisa Florian (57 kiloqram) mübarizə aparıblar. Təmsilçilərimizdən Orxan Səfərov turnirdə yeddinci yeri tutub.

Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.