YUBİLEY TƏBRİKLƏRİ


Koreya Respublikasının Yonhap xəbər agentliyinin icraçı direktoru, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının prezidenti
Ço Sanq-Boo

-Sizi salamlayıram və ilk növbədə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasının yüz illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

AZƏRTAC-ın son dövrdə qazandığı nailiyyətləri və nüfuzu hörmətli agentliyinizin 100 illik dövr ərzində davamlı olaraq inkişaf etdiyini və genişləndiyini göstərir.

AZƏRTAC-ın əldə etdiyi həmin nailiyyətlərin bariz nümunəsi olaraq, 2016-cı ilin noyabr ayında eyni vaxtda uğurla keçirdiyi həm Dünya Xəbər Agentliklərinin V Konqresini, həm də OANA-nın XVI Baş Assambleyasını qeyd etmək istərdim. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərliyi ilə bu möhtəşəm beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsi agentliyin qlobal bir media qurumu kimi səriştəsini çox gözəl nümayiş etdirdi.

Bu mükəmməl rəhbərliyinizlə AZƏRTAC 2016-2019-cu illər ərzində OANA-ya yüksək səviyyədə sədrlik edərək öz üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirib. OANA-nın hazırkı prezidenti kimi mən də təşkilatın sabiq prezidenti cənab Aslan Aslanovun müstəsna rəhbərlik bacarığı və təcrübəsindən çox ilhamlanmışam.

Cənubi Koreya və Azərbaycanın aparıcı əsas xəbər agentlikləri olaraq Yonhap və AZƏRTAC uzun müddətdir ki, sıx informasiya mübadiləsi aparır və əməkdaşlıq əlaqələri saxlayır. Hər iki agentlik OANA-nın prezidenti və vitse-prezidenti kimi sıx əməkdaşlığı davam etdirib. Mən səmimi qəlbdən inanıram ki, agentliklərimiz gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini genişləndirəcək və inkişaf etdirəcəklər.

AZƏRTAC-ın yaranmasının 100 illik yubileyi münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm və AZƏRTAC-a qlobal xəbər agentlikləri arenasında aparıcı media qurumu kimi böyük uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.