MƏDƏNİYYƏT


Üçüncü “Animafilm” Beynəlxalq Animasiya Festivalında uşaqlardan ibarət münsif heyəti də yer alacaq

Bakı, 18 mart, AZƏRTAC

Oktyabrın 14-dən 18-dək Bakı və Şəki şəhərlərində Üçüncü “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalının təşkilatçıları builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edib. Belə ki, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsinin qaliblərini 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Festival Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın ölkəmizdəki səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Nizami Kino Mərkəzi və digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.