REGİONLAR


Siyəzəndə xüsusi karantin rejiminə nəzarət gücləndirilib, kimsəsiz insanlara yardım göstərilib

Siyəzən, 1 aprel, Elxan Yusifli, AZƏRTAC

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübariz tədbirləri çərçivəsində rayonda yaşayan kimsəsiz və aztəminatlı sakinlərə yardım ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşulan polislər, qonağı olduqları ahıllara mənəvi cəhətdən dəstək olmaqla yanaşı, onlara tibbi ləvazimatlar və müxtəlif ərzaq məhsulları hədiyyə ediblər. Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib. Yaşlı insanlar onlara göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər.

Həmçinin RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən 65 yaşdan yuxarı insanlarla profilaktiki söhbətlər apararaq, onların yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.

Dövlət Yol Polis Bölməsinin inspektorları tərəfindən rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə əlaqədar olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.