REGİONLAR


Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib

Xaçmaz, 4 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 3-ü Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Xaçmaz-Niyazoba yolunda qeydə alınıb. "Hyundai" markalı avtomobilin aşması nəticəsində Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Ramin Rasim oğlu dünyasını dəyişib. Qəza zamanı xəsarət alan Kamran Abbasov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.