REGİONLAR


Astarada imtiyazlı vətəndaşlara maddi yardımlar və ərzaq bağlamaları paylanılıb

Astara, 4 aprel, Bağır Əliyev, AZƏRTAC

Koronovirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları “Evdə qal!” devizi ilə keçirilən humanitar aksiyaya qoşularaq imtiyazlı vətəndaşlara maddi yardımlar və ərzaq bağlamaları paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti tərəfindən, həmçinin Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən tibb heyət və orada müalicə alan xəstələr daim diqqətdə saxlanmaqla, onlar həftədə bir gün olmaqla yemək, meyvə və digər zəruri qidalarla təmin edilir.

Aksiya çərçivəsində şəhid ailələri, Qarabağ, Əfqanıstan müharibəsi və Çernobıl əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları, məcburi köçkün, tənha və imkansız ailələr də daxil olmaqla ümumilikdə 740 nəfər rayon sakininə maddi yardımlar göstərilib.

Bundan əlavə, 320 nəfər yaşı 65-dən yuxarı tənha, xəstə və aztəminatlı vətəndaşa zəruri ərzaq məhsulları evlərində onlara çatdırılıb.

Bu qəbildən olan vətəndaşların karantin müddəti bitənə qədər zəruri ehtiyacları ödəniləcək.

Rayon icra hakimiyyəti tərəfindən 65 yaşdan yuxarı vətəndaşların siyahısı dəqiqləşdirilərək onlarla fərdi söhbətlər aparılır, şəxsi gigiyena qaydalarına diqqət yetirmələrinin vacibliyi, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl etmələri onlara tövsiyə edilir.

Eyni zamanda, imtiyazlı, yaşı 65-dən yuxarı olan tənha-xəstə vətəndaşlara dövlət tərəfindən pulsuz ayrılmış dərmanlar şəxsiyyət vəsiqəsi əsasında icra nümayəndələri tərəfindən Kijəbə qəsəbə sahə xəstəxanasından alınaraq onlara çatdırılır.

Bundan əlavə yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri, o cümlədən rayon ərazisində tibbi dezinfeksiya işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.