DÜNYA


Misir parlamenti pandemiya ilə əlaqədar hökumətə müraciət edib

Qahirə, 9 aprel, AZƏRTAC

Misir parlamenti yeni növ koronavirus pandemiyası ilə əlaqədar hökumətə müraciət edib. Millət vəkilləri COVID-19 virusunun daha çox yayılmasının qarşısını almaq məqsədilə ölkənin bütün vilayətləri arasında 14 gün müddətinə insanların və nəqliyyatın hərəkətinin dayandırılmasını, ucqar rayonlarda da karantin xəstəxanalarının təşkil edilməsini tövsiyə ediblər.

AZƏRTAC xəbər verir ki, Misirdə aprelin 8-də koronavirusa yoluxanların və həyatını itirənlərin sayı artıb. Bu ölkənin Səhiyyə Nazirliyi ötən sutka ərzində 9 nəfərin dünyasını dəyişdiyini və beləliklə, ölü sayının 104-ə çatdığını bəyan edib. Eyni zamanda, COVID-19 virusuna daha 110 nəfər yoluxub, xəstələrin sayı isə 1560 nəfərə çatıb. Həmin gün 29 xəstə sağalıb ki, bunlardan ikisi əcnəbidir. İndiyədək karantin xəstəxanalarında tam müalicə olunanların sayı 304 nəfərdir.

Bundan başqa, Misirin Baş Naziri Mustafa Madbuli ölkədə karantin rejiminin daha üç həftə müddətinə uzadıldığını bildirib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.