REGİONLAR
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu Zaqatalada 500 ailəyə ərzaq yardımı edib
Zaqatala, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, aztəminatlı ailələrə, əlil və tənha vətəndaşlara kömək məqsədilə Zaqatala rayonunda ərzaq yardımı kampaniyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Fondun direktoru Gülbəniz Bayramovanın iştirakı ilə Zaqatala rayonunda 500 aztəminatlı ailəyə, əlil və köməyə ehtiyacı olan şəxslərə ərzaq bağlamaları paylanılıb. Qurum tərəfindən, həmçinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb işçilərinə əlcək və həkim papağı da verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]