REGİONLAR


Muxtar respublikada pensiyaların maliyyələşdirilməsi başa çatıb

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu hər ay olduğu kimi, aprel ayında da əhaliyə əmək pensiyalarının ödənişinin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

Fonddan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə ən yaxındakı bankomatlardan və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələrindən ala bilərlər.

Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.