DÜNYA


Gürcüstanda 214 nəfər koronavirusa yoluxub

Tbilisi, 9 aprel, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların sayı aprelin 9-u səhər saatlarına daha da artaraq 214 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaratdığı rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, koronavirus xəstələrindən 50 nəfəri sağalıb, 3 nəfər dünyasını dəyişib.

Hazırda Gürcüstanda 4559 nəfərin karantində, 353 nəfərin isə stasionar nəzarətdə saxlanıldığı bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.