CƏMİYYƏT


Bu günədək respublikanın avtomobil yollarında 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Bakı, 9 aprel, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 8-i saat 00:00-dan aprelin 9-u saat 00:00-dək olan müddət ərzində yol polisi əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin pozulmasına görə sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.