MƏDƏNİYYƏT


“Nargis” jurnalının rəqəmsal versiyası oxuculara pulsuz təqdim edilir

Bakı, 9 aprel, AZƏRTAC

“Nargis” nəşriyyat evi hər kəs üçün bu çətin günlərdə həmyerlilərimizin qayğısına qalmaq və #evdəqal aksiyasına dəstək vermək məqsədilə jurnalın rəqəmsal versiyasını oxuculara pulsuz təqdim edir.

AZƏRTAC xəbər verir ki, “Arzu” mövzusuna həsr olunmuş aprel buraxılışının www.nargismagazine.com - jurnalın rəsmi saytından PDF versiyasını yükləmək mümkündür. Jurnalda aktrisa, model, "Bondun sevgilisi" Olqa Kurilenko ilə eksklüziv müsahibəni oxumaq, yaz mövsümünün dəbli trendləri ilə tanış olmaq, astroloqun aprel ayı üçün proqnozlarını və psixoloqdan faydalı məsləhətləri öyrənmək, dünyanın ən yaxşı tamaşalarının və digər mədəniyyət proqramlarının onlayn rejimdə harada və nə vaxt izlənilməsi barədə məlumat əldə etmək, həmçinin Travel Blog Love, “Nargis” rubrikasını oxuyaraq xəyali səyahətə çıxmaq olar. Hər kəsi moda, sənət və mədəniyyət dünyasından maraqlı xəbərlər gözləyir! Bundan başqa, saytda jurnalın arxivi mövcuddur. “Nargis” jurnalının istənilən rəqəmsal sayını onlayn oxumaq mümkündür. Jurnalın tam 70 buraxılışı saytda yerləşdirilib. Koronavirus pandemiyası səbəbindən məcburi təcrid və karantin müddətində jurnalın növbəti buraxılışları da hər kəsə açıq olacaqdır.

Qeyd edək ki, “Nargis” – həyat, mədəniyyət, sənət, moda haqqında jurnaldır. Jurnal 2012-ci ildən bəri çap formatında nəşr olunur və Azərbaycan, rus və ingilis dillərində elektron versiyası mövcuddur. Jurnalın baş redaktoru Ülviyyə Mahmudovadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.