REGİONLAR


Salyanda istixanalardan 953 tondan çox pomidor yığılıb

Salyan, 9 aprel, Mahir Babayev, AZƏRTAC

Salyanda son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, artıq xeyli vaxtdır rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana komplekslərində pomidor yığımına başlanılıb və 1156,7 ton məhsul toplanılıb. Tədarük olunan məhsulun 953,1 tonunu pomidor, 203,6 tonunu isə xiyar təşkil edir. Yığılan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiymətlər də təsərrüfat sahiblərinin ürəyincədir.

Qeyd edək ki, hazırda Salyanda 140 hektar ərazisi olan 176 istixana kompleksi mövcuddur. Ötən il bu istixanalardan 19 min 973,5 ton xiyar-pomidor yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.