REGİONLAR


Fəal qadınlar tənha ahıl insanlara ərzaq yardımı göstərirlər

Göyçay, 9 aprel, AZƏRTAC

Göyçay qadınları gücləndirilmiş karantin rejimi və sosial izolyasiya şəraitində yaşı 65-dən yuxarı olan, tənha ahıl sakinlərə gündəlik zəruri ərzaq yardımı göstərirlər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu xeyirxah işə bir qrup fəal qadının təşəbbüsü ilə başlanılıb. Onlar icra hakimiyyətinin könüllüləri ilə bərabər tənha ahıl insanların evinə gedir, toplanan ərzaq məhsullarını çatdırırlar. Bu məhsulların çoxu qadınlar tərəfindən evdə hazırlanır.

Qadınlar ahılları ziyarət edərkən, həm də onlarla maarifləndirici söhbətlər aparır, arzu və istəklərini öyrənir, müvafiq tədbirlər görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.