DÜNYA


Ukraynada koronavirusdan ölənlərin sayı 57-yə çatıb

Kiyev, 9 aprel, AZƏRTAC

Ukraynada son sutkada 224 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 1892 nəfərə çatıb ki, onların 150-yə yaxını uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 5 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. 45 nəfər tam müalicə olunaraq evlərinə qayıdıb. Ukraynada koronavirusun yayılması ilə bağlı pik hədd aprelin 14-dən sonraya proqnozlaşdırılır.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır. Ölkənin 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.