CƏMİYYƏT


Vəfat edən atasından qalan odlu silahı polisə təhvil verməyərək özündə saxlayan şəxs saxlanılıb VİDEO

Bakı, 9 aprel, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərində şəxsi axtarış aparılan zaman 1,192 qram heroin aşkar olunaraq götürülüb. Polis Şöbəsində ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə onun Zabrat qəsəbəsindəki mənzilinə baxış zaman 1 ədəd “Naqan” sistemli revalver tapança və həmin silaha aid 4 ədəd patron aşkar olunaraq götürülüb. C.Əliyev ifadəsində həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və saxlanılan günə qədər polisə təhvil verməyərək qanunsuz olaraq gizlətdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.