DÜNYA


Rusiya neft hasilatını 14 faiz azaltmağa razıdır

Moskva, 9 aprel, AZƏRTAC

Rusiya “OPEC+” ölkələri və digər neft hasilatçıları arasında sövdələşmə olacağı təqdirdə neft hasilatını 14 faiz azaltmağa razıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Energetika Nazirliyindən məlumat bildirilib. Agentliyin həmsöhbəti deyib ki, Rusiya neft hasilatını 2020-ci ilin birinci rübünə nisbətən 14 faiz - gündəlik 1,6 milyon barrelə azaltmağa hazırdır. Rusiya Prezidenti Vladimir Putin bir qədər əvvəl demişdi ki, ölkəsi neft bazarının digər iştirakçıları, o cümlədən ABŞ da hasilatı azaldacaqları təqdirdə neft istehsalını azaltmağa razılıq verəcək.

Xatırladaq ki, “OPEC+” razılaşmasına Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı səbəbindən martın 31-də xitam verilib. Bundan sonra OPEC ölkələrində neft hasilatının artımı, eyni zamanda, koronavirus pandemiyası ilə əlaqədar neftə olan tələbatın azalması və neftin qiymətinin kəskin aşağı düşməsi müşahidə edilib.

“OPEC+” ölkələri bu gün videokonfrans formatında danışıqlar aparacaqlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.