DÜNYA


Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

Bakı, 9 aprel, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 15,2 milyon barrel (3,2 faiz) artaraq 484,4 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 9,3 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 13,8 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 10,5 milyon barrel (4,3 faiz) artaraq 257,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 4,3 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 7,5 milyon barrel artmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.