İDMAN


Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər

Bakı, 9 aprel, AZƏRTAC

Beynəlxalq şahmat yarışlarının tarixində dəyişiklik edilə bilər.

AZƏRTAC Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, ali şahmat qurumu 2020-ci il yarışlarının 2021-ci ildə, 2021-ci yarışlarının isə 2022-ci ildə keçirilməsi variantını nəzərdən keçirir.

Məlumatda vurğulanır ki, ayrı-ayrı yaş qruplarında Avropa və dünya çempionatları, həmçinin 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək istəyənlər bunu nəzərə almalıdırlar.

Müraciətlərin bu ilin sentyabrın 4-dək qəbul olunacağı qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.