ELM VƏ TƏHSİL


Yeni kitab: “Yaxşılığa yamanlıq” pyesi müasir əlifba ilə ilk dəfə nəşr olunub

Bakı, 10 aprel, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən İsgəndər bəy Məlikovun “Yaxşılığa yamanlıq” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı neft sahibkarı, XIX əsrin ikinci yarısında milli teatr və maarif sahəsində müstəsna xidmətləri olan İsgəndər bəy Məlikovun (milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə eyni nəsildəndir) 1898-ci ildə qələmə aldığı “Yaxşılığa yamanlıq” pyesi ötən əsrin əvvəllərində ərəb qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunsa da, müasir əlifbada oxuculara ilk dəfə təqdim olunur. Dörd pərdədən ibarət pyes həmin dövrdə cəmiyyətdə hökm sürən dini fanatizm və cəhalətin səbəb olduğu acı nəticələrindən və bunlara qarşı müsbət qəhrəmanların apardıqları mübarizədən bəhs edir.

Kitabı Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova nəşrə hazırlayıb. Nəşrin baş elmi məsləhətçisi elmi müəssisənin direktoru, akademik Teymur Kərimli, redaktoru Hacı Mustafa Mailoğludur.

Qeyd edək ki, əsərin dil və üslub xüsusiyyətləri orijinal variantda olduğu kimi saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.