MƏDƏNİYYƏT


“Evdə Qal-Qalib Gəl!” layihəsinə Azərbaycanın Xalq rəssamı Arif Əziz də qoşulub

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl!” çağırışına qoşulan Azərbaycanın Xalq rəssamı, professor Arif Əziz bütün dünyanı bürüyən pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən və öz yaradıcılıq prosesindən izləyicilərə bəhs edib.

AZƏRTAC xəbər verir ki, Xalq rəssamı sənətsevərlərə müraciətində qara rəngin bütün dünyanı bürüməsinə baxmayaraq ancaq ağ rəngin ona qalib gələcəyinə inamını ifadə edib.

Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamları “Evdə Qal-Qalib Gəl!” devizi altında birləşərək yeni virtual layihəyə qoşulmağa dəvət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.