REGİONLAR


Mal-qara və quşlar peyvənd olunur

Kürdəmir, 10 aprel, AZƏRTAC

Kürdəmirdə baytarlıq idarəsinin mütəxəssisləri mal-qara və quşlar arasında peyvənd işləri aparırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iribuynuzlu, tək dırnaqlı heyvanlarda və donuzlarda qara yara, itlərdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri artıq başa çatdırılıb. Hazırda iribuynuzlu mal-qarada dabaq, cavan və yaşlı quşlarda nyukasl, xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı peyvəndləmə aparılır.

Qeyd edək ki, rayonda hazırda 61000 baş iribuynuzlu, 135000 xırda buynuzlu, 1100 baş tək dırnaqlı, 100 baş donuz, 5000 it, 1 milyon ev quşu var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.