DÜNYA


Qazaxıstanda fövqəladə vəziyyətin müddəti aprelin sonuna kimi uzadıldı

Nur-Sultan, 10 aprel, AZƏRTAC

Qazaxıstan Prezident Kasım-Jomart Tokayevin başçılığı ilə Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının iclasında ölkənin Nur-Sultan, Almatı və Çimkənt şəhərlərində fövqəladə vəziyyət müddətinin aprel ayının axırına kimi uzadılması barədə qərar qəbul olunub.

AZƏRTAC xəbər verir ki, aprelin 15-də Kasım-Jomart Tokayevin ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında Fərmanının müddəti başa çatır.

Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirus COVID-19-un yayılmasını pandemiya elan etməsi ilə əlaqədar Qazaxıstan Prezidenti yanında fövqəladə vəziyyət üzrə dövlət komissiyası martın 16-dan etibarən Nur-Sultan və Almatı şəhərlərində karantin tətbiq olunası barədə qərar vermişdi.

Hazırda ölkədə 802 COVID-19 virusuna yoluxma halı təsdiqlənib, 9 nəfər həyatını itirib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.