CƏMİYYƏT


Milli Məclisin Gənclər və idman komitəsi insanları qanvermə aksiyasına qoşulmağa dəvət edir

Bakı, 10 aprel, AZƏRTAC

Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə səhhəti imkan verən hər kəsi təhlükəsizlik və gigiyenik qaydalara riayət etməklə qanvermə aksiyasına qoşulmağa çağırır.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, koronavirus pandemiyasının yaratdığı fəsadlardan biri də könüllü donorların sayında ciddi azalmaların olmasıdır. Təəssüflə bildirmək istəyirik ki, bütün qan qruplarına olan ehtiyac hazırda artmaqdadır. Bu günlərdə hər birimizin borcu dövlətimizin yanında olmaq və köməkliyimizi əsirgəməməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən başladılan və hazırda da dövlətimiz və xalqımız tərəfindən aparılan xeyirxah tədbirlərin davamı olaraq, özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 87) yaxınlaşaraq qan verməsini xahiş edirik.

Toplanmış qan qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcəkdir. Məlumat üçün bildiririk ki, Qan Bankında donorların təhlükəsiz şəraitdə qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilib. Donorlar gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas olmaqla qan verməkdədirlər. Qan verən donorlara lazım gəldikdə qan vermə barədə arayışlar da verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.