DÜNYA
“Vogue” jurnalı tarixində ilk dəfə boş üz qabığı ilə nəşr olunub
Roma, 10 aprel, AZƏRTAC
Dünya nəşri olan “Vogue” jurnalının İtaliya versiyası yüzillik tarixində ilk dəfə olaraq aprelin 10-da nəşr olunan nömrəsində üz qabığında heç kimin şəkli olmadan işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, ağ üz qabığı ilə satışa buraxılan jurnalın “Instagram” səhifəsində buna aydınlıq gətirilib. Bildirilib ki, bu qərar bir neçə məsələni özündə ehtiva edir. Belə ki, ağ rəng ilk öncə hörmət rəmzidir. Daha sonra o, yenidən doğulmanı, təmizliyi əks etdirir. Bu gün isə ağ rəng həyatı bahasına insanların sağlamlığını qoruyan tibb işçilərinin rəmzidir. Bu rəng bizə düşünməyə və yeni ideyalar yaratmağa, sevgi və insanlığı yenidən formalaşdırmağa imkan verir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]