CƏMİYYƏT
“ASAN məktub” layihəsi vasitəsilə yaşı 65-dən yuxarı olan və tənha yaşayan 1044 vətəndaşa yardım edilib
Bakı, 23 may, AZƏRTAC
Xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara "ASAN Məktub" layihəsi vasitəsilə göstərilən yardım kampaniyası yekunlaşıb. Müraciətləri www.asanmektub.az saytına yerləşdirilmiş həmin qəbildən olan 1044 vətəndaş zəruri ərzaq məhsulları və dərman vasitələri ilə təmin edilib.
Bu barədə AZƏRTAC-a layihənin rəhbəri Rəbiyyə Cəfərova məlumat verib.
Bildirib ki, ərzaq məhsulları və dərman vasitələri ölkənin 16 şəhər və rayonundan olan ehtiyac sahiblərinə çatdırılıb.
"Bu prosesdə yüksək həssaslıq göstərən, çağırışımıza qoşularaq dəstək olan vətəndaşlara və təşkilatlara dərin minnətdarlığımızı bildiririk", - deyə layihə rəhbəri qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]