DÜNYA


Ukraynada karantin rejimi yumşaldılır

Kiyev, 23 may, AZƏRTAC

Ukraynada koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimi yumşaldılır. Mayın 22-dən etibarən bəzi məhdudlaşdırıcı tədbirlər yumşaldılaraq, karantinə uyğunlaşma modeli tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Baş Naziri Denis Şmıqal facebook səhifəsində hökumətin ümummilli məhdudlaşdırıcı qaydaları yumşaltdığını, lakin bununla yanaşı, həmin qaydaların yalnız epidemioloji vəziyyət baxımından bəzi regionlarda qüvvədə qalacağını bildirib.

Mayın 22-dən etibarən Ukraynada tamaşaçısız, 50 nəfərdən çox iştirakçının olmaması şərti ilə idman oyunlarının, dini tədbirlərin keçirilməsinə, avtonəqliyyat vasitələri ilə müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına, mehmanxanaların fəaliyyətinə, mayın 25-dən isə metropolitenin və uşaq bağçalarının işinə icazə verilir.

Həmçinin qeyd etmək lazımdır ki, iyunun 1-dən ölkədə vilayətlərarası daşımalara, iyunun 10-dan isə regionlarda karantin rejiminin yumşaldılması ilə əlaqədar binalarda yerləşən restoranların tam fəaliyyət göstərməsinə, mədəniyyət müəssisələrinin, mehmanxana və hostellərin işinə icazə verilir. İyun ayının 15-dən etibarən aviadaşımaların bərpası planlaşdırılır.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə 20 min 148 nəfər COVID-19-a yoluxub. Onlardan 6 min 585 nəfəri sağalıb, 588 nəfər isə həyatını itirib.

Rüstəm Məmmədov

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.