DÜNYA


Türkiyədə tətbiq olunan növbəti komendant saatı rejimi bütün ölkəni əhatə edir

Ankara, 23 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı həyata keçirilən tədbirlər çərçivəsində növbəti dəfə komendant saatı tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlki vaxtlardan fərqli olaraq budəfəki komendant saatı rejimi 31 vilayəti yox, bütün ölkəni əhatə edir. Mayın 23-də yerli vaxtla saat 00.00-dan qüvvəyə minən sosial rejim qaydası dörd gün davam edəcək. Komendant saatına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir.

Qeyd edək ki, görülən tədbirlər nəticəsində Türkiyədə məlum infeksiyaya yoluxma və ölüm halları pik hədd ilə müqayisədə 4-5 dəfə aşağı düşüb. Hökumət koronavirusla bağlı müəyyən edilmiş məhdudiyyətlərin aradan qaldırılmasını mərhələli qaydada həyata keçirir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.