İQTİSADİYYAT


Aqrar sahədə innovasiyalar sahəsində Azərbaycan-Rusiya əməkdaşlığına dair iclas keçirilib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun bitkiçilik-heyvandarlıq sahəsində innovasiyalar və iki ölkə arasında bu istiqamətdə əməkdaşlığa həsr olunmuş onlayn formada növbəti iclası keçirilib. Tədbirdə hər iki ölkənin hökumət qurumlarının və biznes sektorlarının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlayn iclasda aqrar sahənin Rusiya ilə əlaqələrin prioritet istiqamətlərindən olduğunu vurğulayan Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bu baxımdan toxum, gübrə, kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələri ilə iş sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndəsi Hikmət Hüseynov, Rusiyanın "Şelkovo Aqroxim" şirkətinin baş direktoru Salis Karakotov, "Viktoriya Esteyt" şirkətinin nümayəndəsi Vaxtanq Saqareşvili, “Kapital-PROK” ASC-nin baş direktoru Svetlana Tananova, “Rosselxozbank”ın nümayəndəsi Aleksey Bolşakov və digərləri təmsil etdikləri qurumların fəaliyyəti, aqrar sahədə biznes, innovasiyalar və s. məsələlərlə bağlı çıxış ediblər.

İclasda, həmçinin bitkiçilik və heyvandarlıqda innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.