REGİONLAR


Cəlilabadda “İnsan hüquqları aylığı” çərçivəsində regional videokonfrans keçirilib

Cəlilabad, 23 may, Bağır Əliyev, AZƏRTAC

Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı ilə “İnsan hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində doqquz rayonun iştirakı ilə “Sağlamlığın qorunması hüququ” mövzusunda regional videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda sağlamlığın qorunması hüququ mühüm hüquqlardan biri olaraq, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın, Azərbaycan Respublikası Konstitusiyasının bu hüquqla bağlı təsbit etdiyi müddəalar, eləcə də, sağlamlığın qorunmasının hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsinə, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsinə, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər sistemini ehtiva etməsindən, milli və beynəlxalq təcrübə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasında görülmüş mühüm preventiv tədbirlər və onların nəticələri barədə müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın bütün əhali qrupları üçün mümkünlüyü və bu sahədə əldə olunan uğurlar barədə rəy və təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.