CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub
Bakı, 23 may, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Zabrat dəmir yolu stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]