CƏMİYYƏT


FHN güclü küləyin yaratdığı fəsadlarla bağlı müxtəlif xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçirib

Bakı, 24 may, AZƏRTAC

Mayın 23-də günün ikinci yarısından başlayaraq Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müxtəlif müraciətlər daxil olub.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, həmin müraciətlərə əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasedici qrupları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) mütəxəssislərinin iştirakı ilə müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.

Belə ki, paytaxtın Səbail, Sabunçu və Nərimanov rayonlarında müxtəlif ünvanlarda binaların və digər təyinatlı tikililərin dam örtüyünün dəmir konstruksiyalarının qopması nəticəsində bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Çağırış ünvanına cəlb olunan xilasedicilər, TTNDA-nın mütəxəssislərinin rəy və təkliflərini nəzərə alaraq, ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.