DÜNYA


Avstriya Prezidenti COVID-19 məhdudiyyətlərini pozduğuna görə ictimaiyyətdən üzr istəyib

Vyana, 25 may, AZƏRTAC

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen COVID-19 məhdudiyyətlərini pozduğuna görə ictimaiyyətdən üzr istəyib.

AZƏRTAC xəbər verir ki, mayın 23-dən 24-nə keçən gecə reyd həyata keçirən polis patrulu Vyana şəhərinin mərkəzində yerləşən restoranlardan birində qayda pozuntusu aşkarlayıb. Restoranların bağlanmasından bir saat sonra polislər dövlət başçısı Aleksander Van der Bellen də daxil olmaqla dörd nəfərin hələ də masa arxasında olduğunu müəyyən edib.

Müvafiq akt tərtib edən polis əməkdaşları bu barədə Vyana Şəhər Magistratını məlumatlandırıblar. A.Van der Bellen baş vermiş hadisəyə görə ictimaiyyətdən üzr istəyərək, səhvini etiraf edib. Dövlət başçısı həyat yoldaşı ilə karantin başlayandan bəri ilk dəfə dostları ilə görüşdüklərini və söhbət zamanı vaxta diqqət etmədiklərini bildirib.

Qeyd edilməlidir ki, Avstriyada COVID-19 məhdudiyyətlərini pozan müəssisələri 31 min avroyadək cəza gözləyir. Dövlət başçısının olduğu restoranın hansı məbləğdə cəzalandırılacağı barədə qərarı Vyana Şəhər Magistratı verməlidir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.