ELM VƏ TƏHSİL


“Funksiyalar nəzəriyyəsi və funksional analiz” adlı dərs vəsaiti çapdan çıxıb

Bakı, 28 may, AZƏRTAC 

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin müdiri, professor Həmidulla Aslanovun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” adlı dərs vəsaiti işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, "Azərbaycan” nəşriyyatında çap olunan dərs vəsaitinin elmi redaktoru professor Məmməd Bayramoğludur.

Funksiyalar nəzəriyyəsi və funksional analiz fənninə həsr olunmuş kitab müəllifin 40 ildən artıq müddətdə respublikanın müxtəlif universitetlərində, xüsusən son illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində oxuduğu mühazirələr əsasında tərtib edilib. 25 fəsildən ibarət olan dərs vəsaitində nəzəri hissənin mənimsənilməsinə kömək məqsədilə hər bölməyə aid misal və məsələlərin həll nümunələri, hər fəslin sonunda isə sərbəst işləmək üçün tapşırıqlar verilib.

Dərslik universitetlərdə riyaziyyat ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar, doktorantlar, müəllimlər, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.