DÜNYA


Yeni Zelandiya xəstəxanalarında koronavirusa yoluxmuş xəstə qalmayıb

Tokio, 28 may, AZƏRTAC

Yeni Zelandiyada koronavirusa yoluxma diaqnozu ilə xəstəxanalara yerləşdirilmiş bütün xəstələr sağaldıqlarına görə evə buraxılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Səhiyyə Xidmətinin baş direktoru Eşli Blumfild məlumat verib. “Middlemore” xəstəxanasında yerləşən xəstə evə buraxıldıqdan sonra hazırda ölkədəki xəstəxanalarda bir nəfər də olsun koronavirusa yoluxmuş xəstə qalmayıb”, - deyə E.Blumfild bildirib. O, həmçinin qeyd edib ki, Yeni Zelandiyada hazırda koronavirusa yoluxmuş 21 xəstə ambulator müalicə alır. Ötən dövrdə 1462 nəfər sağalıb.

Yeni Zelandiya Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, artıq beş gündür ölkədə COVID-19 virusuna yoluxma halı qeydə alınmayıb. Ümumilikdə isə 1504 nəfər koronavirusa yoluxub və onlardan 21-i həyatını itirib.

Xatırladaq ki, bu ərəfədə Yeni Zelandiyada koronavirus pandemiyasına görə tətbiq edilmiş fövqəladə vəziyyət ləğv olunub. Pərakəndə satış marketləri, ticarət mərkəzləri, restoranlar və digər ictimai obyektlər fəaliyyətini bərpa edib. Daha sonra məktəblər və universitetlər də açılıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.