CƏMİYYƏT


® “Referans Medical Group” xarici həkimlərin onlayn qəbulunu həyata keçirir

Pandemiya şəraitində birbaşa həkim qəbulundan fərqli olaraq xarici həkimlərə müraciətin ən optimal üsulu onlayn konsultasiyadır.

COVID-19 virusunun yayılmağa başladığı ilk andan görülən preventiv tədbirlər siyahısında istər yerli, istərsə də xarici həkimlərin onlayn konsultasiya xidmətinə keçməsi də ən uğurlu tibbi qəbul metodlarından hesab olunur. “Referans Medical Group” tərkibindəki klinikalar şəbəkəsi (“LEYLA Medical Center”, “Referans Laboratoriya Mərkəzi”, “Referans Poliklinikası”, “LOR Hospital”, Səyyar Tibbi Xidmət Qatarı) vasitəsilə bu xidməti həyata keçirir.

Beynəlxalq miqyasda, qabaqcıl tibbi xidmət verən xəstəxanalarla korporativ əlaqələri çərçivəsində “Referans Medical Group” mütəmadi olaraq xarici həkimlərlə pasiyentlərinin onlayn konsultasiyasını təmin edir. Müraciətlərdən asılı olaraq Türkiyə, Belarus, Almaniya, Baltikyanı və sair ölkələrlə əlaqə yaradır, klinikanın həkimləri müraciət edən xəstə ilə birlikdə dünya səviyyəli mütəxəssislərdən müalicənin istiqamətləndirilməsi və təşkili ilə bağlı məsləhət alırlar. Xarici mütəxəssis və yerli peşəkarların birgə əməkdaşlığı çərçivəsində əldə edilən təcrübə vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Hazırda bu xidmət “Referans Medical Group” tərəfindən daha çox Türkiyənin “Memorial Sağlıq Group”u ilə birlikdə pasiyentlər üçün Onlayn-Doktor xidməti vasitəsilə həyata keçirilir və uğurlu nəticələr əldə edilir. Eyni zamanda, bu xidmət vasitəsilə pasiyentlər həm məsafə və vaxt itkisinin qarşısını almış olur, həm də daha ucuz qiymətlə beynəlxalq standartlara cavab verən həkim qəbulundan və dəqiq diferensial diaqnostikadan yararlanırlar.

Ətraflı məlumat üçün *0033 Çağrı mərkəzi və +994775930033 əlaqə nömrəsi xidmətinizdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.