SİYASƏT


Özbəkistan mətbuatında 28 May – Respublika Günü ilə bağlı yazılar verilib

Daşkənd, 28 may, АZƏRTAC

Özbəkistanın “vtopoytaxt.uz”, “fikr.uz” və “nargis.uz” portalalrında 28 May – Respublika Günü ilə bağlı özbək dilində materiallar çap olunub.

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan məqalələrdə Rüspublika Gününün yaranması və inkişafı haqqında ətraflı məlumat verilir.

Yazılarda qeyd olunur ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika yaranıb. Bildirilir ki, Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlət atributlarını yaradıb, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurub, qadınlara seçilmək hüququ verilib, ordu quruculuğu sahəsində mühüm addımlar atılıb.

Lakin XX əsrin əvvəllərində dünyada və regionda yaranan çətin siyasi vəziyyət Azərbaycanın müstəqilliyinin saxlanmasına imkan verməyib və cəmi 23 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut edib.

Qeyd olunur ki, SSRİ dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. Müstəqil respublika özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, bu dövlətin bayrağını, gerbini və himni qəbul edib. Məqalələrdə Azərbaycanın qədim tarixi haqqında da söhbət açılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.