CƏMİYYƏT


Dünyada yaşayan azərbaycanlı gənclər 28 May - Respublika Günü ilə bağlı videoçarx hazırlayıb

Minsk, 28 may, AZƏRTAC

Dünyada yaşayan və təhsil alan gənc soydaşlarımız 28 May - Respublika Günü ilə bağlı videoçarx hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, Belarusda yaşayan gənc azərbaycanlı fəal Vüsal Qarayevin təşkilatçılığı ilə hazırlanan videoçarxda Azərbaycanın dövlət himni səsləndirilib.

Videoçarxda Almaniya, İtaliya, Misir, ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Belarus və Ukraynada yaşayan gənclərimiz iştirak edib.

“Biz bu videoçarxla azərbaycanlı gənclərin Vətənimizə olan sevgimizi göstəririk, Azərbaycanın mədəniyyətini, tarixini təbliğ edirik”, - deyə V.Qarayev AZƏRTAC-a açıqlamasında bildirib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.