SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü Tbilisidə geniş qeyd olunub

Tbilisi, 28 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümü Gürcüstanda da geniş qeyd olunub.

AZƏRTAC xəbər verir ki, mayın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri və digər şəxslər Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Sonra tədbir iştirakçıları Tbilisinin Botanika bağında, görkəmli azərbaycanlıların panteonunu ziyarət edib, AXC-nin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, 28 May - Respublika Gününə həsr olunan tədbirlər çərçivəsində səfirlik binasının qarşısında quraşdırılmış xüsusi elektron lövhədə Azərbaycana həsr olunmuş videoçarx təqdim olunub.

Tədbir iştirakçıları AXC-nin yaranması, 23 aylıq fəaliyyətindən, eləcə də müasir Azərbaycanın qazandığı uğurlardan bəhs edən videoçarxa tamaşa ediblər.

AXC-nin tarixi və müasir Azərbaycan mövzusuna aid 15 dəqiqəlik videoçarx gün ərzində nümayiş etdirilib.

Videoçarx şəhər sakinlərinin də geniş marağına səbəb olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.