İDMAN


“Nyukasl Yunayted” Filippe Koutinyonu transfer edə bilər

Bakı, 28 may, Nicat Məmmədov, AZƏRTAC

Müqaviləsi “Barselona” klubuna məxsus olan və hazırda “Bavariya”da çıxış edən braziliyalı Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. Bu haqda “Daily Express” qəzeti xəbər yayıb.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, İngiltərənin “Nyukasl Yunayted” Koutinyonun xidmətində maraqlıdır. Mənbənin bildirdiyinə görə, artıq tərəflər arasında danışıqlar başlayıb.

“Nyukasl Yunayted” klubunun potensial sahiblərinin transfer siyahısının ilk sıralarında braziliyalı futbolçunun adı var.

Nyukasl təmsilçisinin sahibi Mayk Eşlinin 300 milyon funt qarşılığında klubu Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satmağa razılıq verdiyi bildirilir. Satış hələlik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib.

“Bavariya” klubunda icarə əsasında çıxış edən F.Koutinyo cari mövsümdə 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.