REGİONLAR
Naxçıvan Dövlət Universitetində Respublika Günün ilə bağlı onlayn konsert təşkil edilib
Naxçıvan, 28 may, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Konservatoriyasında 28 May - Respublika Gününə həsr edilmiş onlayn konsert təşkil olunub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəlinin ifasında solo konsert universitetin "facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.
Solo konserti tarda Prezident mükafatçısı Sərxan Abdullayev, sintezatorda Zaur Əhmədov, nağarada Munis Əlisoy, qoşa nağarada Camal Məmmədov müşayiət ediblər. Konsertdə Azərbaycan xalq mahnıları, milli musiqilərdən kompozisiyalar səsləndirilib.
Sonda sözləri Zivər Ağayevaya, musiqisi Rauf Məmmədova məxsus “Yaşa mənim xalqım” mahnısı ifa edilib.