ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunun elmi katibi beynəlxalq onlayn forumda iştirak edib

Bakı, 29 may, AZƏRTAC 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva Kanadanın Toronto şəhərində keçirilən “Elm. Təhsil. Təcrübə” adlı beynəlxalq onlayn universitet elmi forumunda iştirak edib, sertifikatla təltif olunub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, beynəlxalq forumda Azərbaycanla yanaşı, Çin, Rusiya, Qazaxıstan və digər ölkələrdən dəvət olunmuş alimlər iştirak ediblər.

Tədbirdə A.Məşədiyeva “Türk dillərinin bəzi ikincili feili bağlamaların etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, türk dillərində ikincili feili bağlama şəkilçilərinin etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili həmin şəkilçilərin təkamülünün tam mənzərəsini təqdim etməyə, türk dillərinin müasir və tarixi morfologiyası məsələlərini daha dərindən araşdırmağa və qrammatik sistemində mövcud boşluqları doldurmağa imkan verir.

Məruzə forum iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.