İQTİSADİYYAT
14-CÜ PLATFORMADA YENİ NEFT QUYUSU QAZILIR
“28 May” Neft-Qazçıxarma İdarəsinin sifarişi ilə “Günəşli” yatağındakı 14-cü platformanın genişləndirilmiş hissəsində “Bayıl lımanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi yeni neft quyusu qazır. Qısa müddətdə 450 metrlik qazma işi görülmüşdür. Burada suyun dərinliyi təxminən 123 metrə çatır. Neft-qazçıxarma idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, platformada 11 maili quyu qazılacaqdır. Layihə dərinlyi 3050 metr olan 411 saylı bu quyu onlardan birincisidir. Nəzərdə tutulan 12-ci quyunun qazılmasına isə real nəticələr, yəni layların məhsuldarlığı məlum olandan sonra qərar veriləcəkdir.