İQTİSADİYYAT


14 ildə Azərbaycanda bank aktivlərinin ümumi həcmi 27 dəfəyə yaxın artıb

Bakı, 14 fevral, Elvin Camalov, Sevda Cəfərova, AZƏRTAC

14 ildə Azərbaycanda bank aktivlərinin ümumi həcmi 27 dəfəyə yaxın artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 14-də Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hesabat dövründə kredit portfelinin həcmi 19 dəfə, bank sektorunun depozit bazası 28 dəfə, əhalinin əmanətləri isə 30 dəfəyə yaxın artıb. Ümumilikdə kapitalın həcmində 20 dəfəyə yaxın artım müşahidə olunub".

Z.Nuriyev qeyd edib ki, 188 milyon manatdan başlayan balans kapitalının həcmi bu gün 3,7 milyard manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.