Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür

14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür

Bu ilin devizi: “Standartlar şəhərləri daha dayanıqlı edir”

Bakı, 14 oktyabr, AZƏRTAC

1946-cı ilin oktyabrın 14-də 25 ölkənin nümayəndəsi standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın paytaxtı Londonda toplaşıb. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə ISO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdən oktyabrın 14-ü bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edilir. ISO-ya üzv ölkələrdən başqa, Beynəlxalq Elektrotexniki Komissiya (IEC), Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.

İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və digərilərindən ibarətdir.

Müasir dövrdə dünya şəhərlərinin tələbatlarına uyğun içməli su, ekoloji cəhətdən təmiz enerji ilə təmin edilməsi, şəhər daxilində səmərəli nəqliyyat infrastrukturunun yaradılması və digər məsələlər şəhərlərin daha “ağıllı” və dayanıqlı olmasını tələb edir. Lakin hər bir şəhər fərqli xüsusiyyətlərə malik olduğu üçün sözügedən məsələlərin təmin olunması fərqli həll yolları ilə icra olunur. Bu istiqamətdə beynəlxalq standartlar hər bir şəhərin xüsusiyyətlərinə uyğun hazırlanmış xüsusi həll yollarının inkişafını dəstəkləyir. Bu baxımdan beynəlxalq standartlaşdırma təşkilatları 2017-ci il oktyabrın 14-nü “Standartlar şəhərləri daha dayanıqlı edir” devizi altında qeyd edir.

Hazırda Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi iqtisadi diversifikasiya, ölkədə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst dövriyyəsinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi istiqamətində tədbirlərin görülməsini aktual edir. Bu tədbirlər standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun formalaşdırılmasından başlayaraq milli standartların beynəlxalq və Avropa standartlarına uyğunlaşdırlması ilə bağlı müvafiq tədbirlər planının qəbul edilməsinədək kompleks prosesləri əhatə edir.

Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olaraq Azərbaycanda keyfiyyət infrastrukturunun bütün sahələrində geniş islahatlar aparılır. Bu islahatlar çərçivəsində “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 saylı Fərmanı keyfiyyət infrastrukturunun inkişafında mühüm əhəmiyyət kəsb edir.

Sözügedən Fərmanın icrası ilə əlaqədar görülmüş işlərdən biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin yaradılmasıdır.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Standartlaşdırma İnstitutu respublikanın beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi təmsil edir və ölkə ərazisində standartlaşdırma siyasətini həyata keçirir.

Azərbaycan Standartlaşdırma İnstitutu yerli istehsal məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartları mütəmadi olaraq təkmilləşdirərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırır.

Hazırda Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Texniki Normativ Hüquqi Aktların Dövlət Fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur. Milli standartların 40 faizi beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Azərbaycan Respublikasının milli standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya sənayesi, aqrar və qida sənayesi, tikinti materialları, xidmət sənayesi və digər sahələri əhatə edir.

Milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştirakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycanda artıq 13 texniki komitə fəaliyyət göstərir. Bunlar yeyinti və kənd təsərrüfatı məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm və yerdəyişmə vasitələrinin xidmətləri, qida məhsulları, metrologiya, akkreditasiya sahəsində standartlaşdırma, ekologiya, tikinti materialları, məmulatları və konstruksiyaları, mebel sənayesi məhsulları, sənaye məhsulları, neft-qaz hasilatı texnologiyası və neft emalı, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi və yol nəqliyyatının standartlaşdırılması sahələrini əhatə edir. Texniki komitələrin işində dövlət, qeyri-dövlət təşkilatları və özəl şirkətlərin nümayəndələri yaxından iştirak edirlər.

Standartlaşdırma sahəsində Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС), Bölgələrarası Standartlaşdırma Bürosu (BASB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC), İslam ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi standartlaşdırma üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur.

Azərbaycan Standartlaşdırma İnstitutu yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şuranın yaradılmasına başlanılıb. Standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura Azərbaycan Standartlaşdırma İnstitutu yanında fəaliyyət göstərən, milli standartlaşdırma və texniki tənzimləmə sahəsində fəaliyyətin əsas prioritetlərini müəyyən edən, onların həyata keçirilməsini təşkil və koordinasiya edən məşvərətçi orqandır. Şuranın əsas məqsədi – milli standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırmanın əsaslandığı prinsiplər və yanaşmalar əsasında inkişaf etdirilməsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir